Avtomobildə sıxılmış sürücü xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.
12 İyul 2016 15:15 KriminalFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1980-cı il təvəllüdlü Mehdiyev Telman Vaqif oğlunun cəsədini və həmin avtomobildə olan 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.