İrandan heroin keçirmək istədi

Astara Gömrük Sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Astara Gömrük Sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun daxili orqanından xalis çəkisi 48.41 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat Astara sərhəd nəzarət məntəqəsinin əməkdaşları ilə birgə keçirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31