Suriya və İraqda döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraqda döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraqda döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Onlar 2012-2015-ci illərdə Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)", "Cəbhətül-Nusra" və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31