Bakıdan qaçırılan maşın İsmayıllıda saxlandı
İyulun 10-da DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən ötən il mayın 23-də Nəsimi rayonu ərazisindən qaçırılmış, Bakı şəhər sakini Ramin Qəniyevə məxsus “Hyundai” markalı avtomobilin Qaraməryəm-İsmayıllı yolunda hərəkətdə olması müəyyən edilib.
11 İyul 2016 15:25 Kriminalİyulun 10-da DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən ötən il mayın 23-də Nəsimi rayonu ərazisindən qaçırılmış, Bakı şəhər sakini Ramin Qəniyevə məxsus "Hyundai" markalı avtomobilin Qaraməryəm-İsmayıllı yolunda hərəkətdə olması müəyyən edilib. DİN-dən verilən məlumata görə, görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Ağsu şəhər sakini İrfan Əhmədov, sərnişinlər Mirsadıq Seyidov və Xəzər Həsənov araşdırmalar aparılması üçün İsmayıllı RPŞ-yə təhvil verilib.