Çantadan planşeti oğurladı

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da Mirhadi Əsədova məxsus çantadan planşet oğurlamış Siyəzən rayon sakini Təbriz İsmayılov tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da Mirhadi Əsədova məxsus çantadan planşet oğurlamış Siyəzən rayon sakini Təbriz İsmayılov tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun R.Məhərrəmovun cibindən 30 manat pul, mobil telefon və kredit kartları, V.İbadovun cibindən 321 manat pul və sənəd oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31