“EVRASCON”-da qəza: 2 fəhlə ağır yaralandı

Bu gün Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətində tikinti işləri aparılan zaman qəza baş verib.

Bu gün Ələt-Astara avtomobil yolunu inşa edən "EVRASCON" şirkətində tikinti işləri aparılan zaman qəza baş verib.

Virtualaz.org saytı Şirvan bürosunun verdiyi məlumata görə, yeni çəkilən yolun Salyan rayonunun Çuxanlı kəndindən keçən hissəsində şirkətə məxsus "Mitsubishi pikap" markalı 99 AD 958 dövlət nömrə nişanlı avtomaşınla "EVRASCON"-un fəhlələri - 1973-cü ildə anadan olmuş Ceyranbatan qəsəbə sakini Əzimov Habil Cəmil oğlu və 1983-cü ildə anadan olmuş Siyəzən rayon sakini Səfərli Əbdül Şahbala oğlu vurulub.

Hadisənin avtomaşının əyləc sistemindəki nasazlıq ucbatından baş verdiyi deyilir.

Hər iki yaralı təcili Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib. Yaralı Habil Əzimov qapalı kəllə-beyin travması aldığı üçün vəziyyəti ağır qiymətləndirilir. O, hazırda reanimasiya şöbəsindədir.

Əbdül Səfərli isə döş qəfəsinin əziyi və bədən sıyrıqları xəsarətləri ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31