Bir gündə iki nəfər intihar edib
Bakıda bir gündə iki intihar hadisəsi baş verib. Məlumata görə, hadisələrdən biri Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
8 İyul 2016 17:00 KriminalBakıda bir gündə iki intihar hadisəsi baş verib. Məlumata görə, hadisələrdən biri Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Azər Məmmədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Digər hadisə isə Xətai rayonunda baş verib. Rayon sakini, Fərman İsmayılov yaşadığı ünvanda özünü asaraq intihar edib. Hər iki faktla bağlı Rayon Prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31