Göyçayda qan töküldü

Göyçay rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Göyçay rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 8-də Göyçay şəhərindəki yeməkxanada şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qasımov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31