Xaçmazda qətlin üstü açılıb

Xaçmaz şəhərində iyunun 16-da törədilmiş qətlin üstü açılıb. DİN-dən verilən məlumata görə, sözügedən tarixdə Xaçmaz sakinin İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılmışdı.

Xaçmaz şəhərində iyunun 16-da törədilmiş qətlin üstü açılıb. DİN-dən verilən məlumata görə, sözügedən tarixdə Xaçmaz sakinin İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılmışdı. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov tutulub, digər şəxs isə müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31