Gözəllik salonunu yaran şəxs yaxalandı

İyulun 6-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini G.Hüseynovaya məxsus gözəllik salonundan açıq qalmış qapıdan girmək yolu ilə 1 ədəd noutbuk və 2 ədəd mobil telefon oğurlanıb.

İyulun 6-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini G.Hüseynovaya məxsus gözəllik salonundan açıq qalmış qapıdan girmək yolu ilə 1 ədəd noutbuk və 2 ədəd mobil telefon oğurlanıb. "Olaylar" xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Nurlan Əliyev tutulub. Ondan 0,162 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31