İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Nailə Bağırın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
8 İyul 2016 11:55 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Nailə Bağırın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənn hökmü ilə N.Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Bağır 2013-cü ildə N.M və B.S adlı qadınları Türkiyəyə apararaq onları cinsi istismara qoyub. Zərərçəkən şəxslər 2016-ci ildə N.Bağırdan şikayət edərək, onları satdığını bildiriblər. N.Bağır DİN-in İnsan Alveri Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, N.Bağır 2009-cu ildə də eyni əmələ görə tutulub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb. Məhkumluğu tam ödənilməyib və o yenə eyni əmələ görə tutulub.