"Elmar Hüseynovu bu alçaq qətlə yetirib" - Eynulla Fətullayev məşhur jurnalistin qatilinin adını açıqladı

Araşdırmaçı jurnalist, haqqin.az portalının sahibi Eynulla Fətullayev özündə ciddi iddiaları daşıyan sensasion açıqlama ilə çıxış edib

Araşdırmaçı jurnalist, haqqin.az portalının sahibi Eynulla Fətullayev özündə ciddi iddiaları daşıyan sensasion açıqlama ilə çıxış edib. 

Araşdırmaçı jurnalist, haqqin.az portalının sahibi Eynulla Fətullayev özündə ciddi iddiaları daşıyan sensasion açıqlama ilə çıxış edib. 

Özünün facebook səhifəsində jurnalist açıq mətnlə bildirib  ki, "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovu MTN generalı Akif Çovdarov öldürtdürüb. Bundan əvvəl də oxşar iddialarla çıxış edən E. Fətullayev yazır : " Deməli, bu quldur Akif Çovdarov 26 aprel 2006-cı ildə Almaniyada ürəklə bağlı ciddi əməliyyat keçirib. Bu gün vəkili açıqlama verib. 2005-ci ilin martın 2-də isə jurnalist Elmar Hüseynovu qətlə yetirib. 1 il 1 aydan sonra ürəyi dözməyib alçağın. Qorxudan!!! Çünki artıq çoxlarına məlum idi ki, Elmarı bu cəllad qətlə yetirib. Dairə qapanmışdı..."

Qeyd edək ki, Eynulla Fətullayev mərhum Elmar Hüseynovun yaxın dostu olub və onun qətlindən sonra , bu qorxunc cinayətin araşdırılması istiqamətində böyük işlər görüb.  Bir çox müşahidəçilər E. Fətullayevin bir zamanlar həbs olunmasını da bu araşdırmalarla əlaqələndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31