Evdən oğurluq edən yaxalanıb
Bakıda oğurluq hadisəsinin üstü açılıb.
5 İyul 2016 15:38 KriminalBakıda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Barat Rzayevə məxsus evdən 600 manat və 120 ABŞ dolları pul, habelə qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Elxan Paşayev tutulmuşdur. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31