Avtoqəzada 1 nəfər ölüb, 3-ü yaralanıb

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyulun 4-nə keçən gecə Sabirabad rayonunun Qaratuğay kəndində rayon sakini Kərim Hüseynov idarə etdiyi "Fiat" markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, K.Hüseynov orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31