MMC-nin kondisionerlərini oğurlayıblar
Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Səbail RPİ 39-cu PB və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Səbail rayonunun Neftçilər prospektində yerləşən “Tornado” MMC-yə məxsus 2 ədəd kondisioneri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Məlikov və Fərahim Məmmədov saxlanılıb.
4 İyul 2016 15:07 KriminalBakıda oğurluqla məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Səbail RPİ 39-cu PB və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Səbail rayonunun Neftçilər prospektində yerləşən "Tornado" MMC-yə məxsus 2 ədəd kondisioneri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Məlikov və Fərahim Məmmədov saxlanılıb. Araşdırma aparılır.