Keçmiş məhkumdan tapança götürülüb
Bakı şəhər sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Musayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.
4 İyul 2016 14:24 KriminalBakı şəhər sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Musayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TT" markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.