Bakıda şiddətli yanğın - Foto + Video
Bu gün saat 17:30 radələrində Bakının Binəqədi rayonunda 3 mərtəbəli obyektdə şiddətli yanğın baş verib.
4 İyul 2016 00:09 KriminalBu gün saat 17:30 radələrində Bakının Binəqədi rayonunda 3 mərtəbəli obyektdə şiddətli yanğın baş verib.
Yanğın Naxçıvani küçəsində, məşhur İstanbul evlərinin arxasında baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş gedir.
Yanğın baş verən binanın birinci mərtəbəsində avtomobil servis mərkəzi, ikinci və üçüncü mərtəbələrində isə çay evi yerləşir. Yanğının qarşısı alınmasa onun geniş miqyas alaraq İstanbul evlərinə də keçmək təhlükəsi var. Yanğının söndürülməsi istiqamətində iş gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31