5 rayonda çətənə kolu aşkarlanıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Respublikanın 5 rayonu ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Respublikanın 5 rayonu ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib. Belə ki, Kəpəz RPİ əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisindən ümumi çəkisi 1 ton 183 kiloqram olan 1728 ədəd, Ağstafa RPŞ əməkdaşları tərəfindən Dağkəsəmən kəndi ərazisindən ümumi çəkisi 4 ton olan 8000 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Arıqdam kəndi ərazisindən ümumi çəkisi 626 kiloqram olan 836 ədəd, Ağsu RPŞ əməkdaşları tərəfindən Göydəlləkli kəndi ərazisindən ümumi çəkisi 214 kiloqram olan 673 ədəd, Balakən RPŞ əməkdaşları tərəfindən Şambul kəndi ərazisindən ümumi çəkisi 173 kiloqram olan 430 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31