Bakıdakı daş karxanalarından birində ölüm faktı qeydə alınıb. Bu barəd məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumata görə, hadisə iyunun 29-da Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən daş karxanalarından birində qeydə alınıb. Belə ki, karxanada işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31