103 manata görə 84 yaşlı qadını qətlə yetirdi

Quba şəhərində qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyunun 27-də Amsar kənd sakini İlham Aslanov Quba RPŞ-yə şübhəli şəxs qismində gətirilib. O, izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini, onu iplə boğaraq öldürüb oradan 103 manat pul aparmasını bildirmişdir. G.Musayevanın meyiti eksqumasiya edilmişdir. İ.Aslanov tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31