Azərbaycanda 15 ton narkotik ələ keçirildi

Polis tərəfindən respublikanın bir neçə rayonunda silsilə əməliyyatlar keçirilib.

Polis tərəfindən respublikanın bir neçə rayonunda silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ əməkdaşları tərəfindən Orand kəndi ərazisindən çəkisi 7 ton 430 kiloqram olan 16840 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Miskinli kəndi ərazisindən çəkisi 947 kiloqram olan 1408 ədəd, Qəbələ RPŞ əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisindən çəkisi 1 ton 340 kiloqram olan 2680 ədəd, Bayramkoxa kəndi ərazisindən çəkisi 1 ton 890 kiloqram olan 3780 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Aslanbəyli kəndi ərazisindən çəkisi 3 ton 196 kiloqram olan 9836 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31