“Kamaz” banındakı otla birgə yanıb

Balakən rayonu, Katex kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə maşının yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanmış, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı ərimişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31