Çay evində dava düşdü - İki nəfər yaralandı
29 İyun 2016 15:51 KriminalBakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ə.Əlizadə küçəsində yerləşən çay evində naməlum şəxs xuliqanlıq zəminində 26 yaşlı Tural Məmmədova bıçaqla xəsarət yetirib.
T.Məmmədovun qohumu olan Rövşən adlı şəxs isə həmin çay evində işləyən 38 yaşlı Ruhəngiz Abbasovaya balta ilə hər iki qolundan kəsici xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya aparılıb. R.Abbasova xəstəxanadan evə buraxılıb.
T.Məmmədovun isə vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31