Hədə-qorxu gələrək 950 manatını aldı
29 İyun 2016 15:05 KriminalAstara sakinindən hədə-qorxu yolu ilə pul alan şəxs tutulub. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhər sakini Ramid Tağıyevə hədə-qorxu gəlib ondan 950 manat pul almaqda şübhəli bilinən həmyerlisi Cavid Mirzəyev tutulub. Astara RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31