Rusiyada qadın zorladı, 10 il sonra Gəncədə cəza aldı
29 İyun 2016 14:28 KriminalOn il əvvəl Rusiyada cinayət törədən Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Şahmar Zeynalovun barəsində məhkəmə hökmü çıxarılıb.
Virtualaz.org saytının məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 149-cu (zorlama), 180-ci (quldurluq) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub.
İstintaqla müəyyən edilib ki, Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində yerləşən Labıtnangi şəhərində yaşayan Ş.Zeynalov 2006-cı ildə ağır cinayətlər törədib. Belə ki, həmin ilin mart ayında Ş.Zeynalov tanışlarından birinin mobil telefonunu oğurlayıb. Amma iş bununla bitməyib. Bu cinayətini üstündən iki ay ötməmiş Şakir başqa bir cinayətə "imza atıb". O, Labıtnangi şəhər sakini olan qadının evinə icazəsiz soxularaq, ona təcavüz edib.
Labıtnangi şəhər İstintaq İdarəsi Ş.Zeynalovun istintaqa cəlb olunması ilə bağlı qətnamə çıxarsa da, o, uzun müddət istintaq orqanlarından yayına bilib. Odur ki, barəsində axtarış elan edilib.
Nəhayət, 2014-cü ildə Ş.Zeynalovun Azərbaycan ərazisində olması müəyyənləşdirilib. Cinayət işi üzrə istintaq yenilənib. Ş.Zeynalovla bağlı Rusiya Federasiyası ərazisində toplanmış sübutlar Azərbaycan Respublikasının səlahiyyətli hüquq-mühafizə orqanlarına göndərilib.