Qulluqçu ev sahibinin 5 min dollarını oğurladı

Bakıda əcnəbi vətəndaşın xeyli miqdarda pulu oğurlanıb. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 20-dən 26-dək olan müddətdə Yasamal rayonunun M.Muxtarov küçəsində kirayədə yaşayan Ukrayna vətəndaşı Andrey Lisyukun evindən naməlum şəraitdə 5000 ABŞ dolları oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada qulluqçu işləyən, Bakı şəhər sakini Lamiyə Əliyeva tutulub.Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31