32 yaşlı kişini tok vurub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin təhlükəsizlik qaydalarını pozaraq yüksək gərginlikli transformatora yaxınlaşması nəticəsində elektrik cərəyanı vuraraq vəfat etmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1984-cü il təvəllüdlü Stalistav Aleksandr Sergeyeviçin cəsədini transformatorun qoruyucu mühafizə zolağından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31