Beynəlxalq insan alveri: AZAL-ın yüksək vəzifəli əməkdaşını İnterpol axtarır
Beynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb
26 İyun 2016 22:10 KriminalBeynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb
Xəbər verildiyi kimi beynəlxalq polis təşkilatı İnterpol insan alveri ilə məşğul olan mütəşəkkil qruplaşlara qarşı İnfra Hydra əməliyyatı keçirir. Bu əməliyyat çərçivəsində 31 ölkə 180 şübhəlini müəyyən edib və beynəlxalq axtarışa verib. Onlardan 57-i artıq İnterpol tərəfindən həbs edilib.
Avtosfer.az xəbər verir ki, beynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb. Onların arasında bir Azərbaycan vətəndaşının olduğu da bildirilirdi.