Bakıdakı modalar evində şok cinayət

Bakının məşhur gəlinlik geyimləri salonunda ağlagəlməz hadisə baş verib.

Bakının məşhur gəlinlik geyimləri salonunda ağlagəlməz hadisə baş verib.

Yasamal rayonu, Azərbaycan küçəsində yerləşən modalar evinə hücum edilib. Salonun rəhbəri Sevinc Qurbanova criminal.az-a bildirib ki, bu gün günorta saatlarında bir gənc oğlan salona daxil olaraq əlindəki qapağı kəsilmiş chr("39")chr("39")Coca-colachr("39")chr("39") qabında olan məhlulu gəlinlikərin üstünə töküb.

Şikayətçinin sözlərinə görə, ona 100 min manatdan artıq ziyan dəyib. Bütün gəlinlik modelləri məhv edilib.

S.Qurbanova qeyd edib ki, cinayət sifarişlə həyata keçirilib. Məqsəd biznesinin məhv edilməsiə yönəlib.

Hadisə ilə bağlı polisə müraciət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31