Ev sahibini vurub qaçan maskalılar yaxalandı

Ötən il noyabrın 13-də Salyan rayonunun Qalalı kəndində yaşayan Sevda Soltanovanın evinə oğurluq məqsədi ilə girmiş 3 maskalı şəxs S.Soltanova ilə rastlaşdığından ona və səs-küyə oyanmış evdə olan Elnarə Əhədovaya və Zabil Ağayevə dəmir parçası ilə xəsarət yetirib hadisə yerini tərk etmişlər. DİN-dən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Camal Namazov, əvvəllər məhkum olunmuşlar Fərid Rəsulov və Zaur Hüseynov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 19-da A.Feyzullayevə məxsus mağazadan oğurluğa cəhd göstərmələri, Ş.Əkbərova məxsus kafedən maqnitofon oğurlamaları da müəyyən edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31