Qanunsuz silah saxlayan 4 nəfər tutulub

Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə şəhər sakinləri Vaqif Qasımov və Əlif Abdullayev "Naqan" tipli tapançanı və 7 ədəd patronu satarkən tutulublar. DİN-dən verilən məlumata görə, araşdırmalar zamanı V.Qasımovun qeyd edilən silah və sursatı həmyerlisi Sabir Paşayevdən, onun isə Zərdab rayon sakini Əşrəf İbrahimovdan alması müəyyən edilib.Həyata keçirilmiş əməliyyat axtarış tədbirlərilə S.Paşayev və Ə.İbrahimov da tutulub. Araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31