4 piyadanı vuran sürücü hadisə yerindən qaçıb

İyunun 21-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk etmişdir. DİN-dən veriln məluamata görə, piyadalar xəstəxanaya yerləşdirilmişlər. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31