Üç rayonda “çətənə” əməliyyatı keçirilib

Respublikanın 3 rayonunda çətənə kolları məhv edilib. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşları tərəfindən Aşağı Daşağıl və Baş Küngüt kəndləri ərazisindən ümumi çəkisi 1 ton 320 kiloqram olan 5562 ədəd, Yardımlı RPŞ əməkdaşları tərəfindən Alar kəndi ərazisindən, ümumi çəkisi 5 ton 60 kiloram olan 7116 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Malay kəndi ərazisindən, ümumi çəkisi 76 kiloqram olan 252 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar edilərək məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31