Keçmiş məhkum evdən 3500 manat aparıb

Abşeron rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 22-də Xırdalan şəhərində yaşayan Vüqar İsayevin evindən 3500 manat pul oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Əlizamin Eyvazov tutulub. Ətafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31