Piyadanı vurub qaçan şəxs saxlanıb

İyunun 22-də saat 18 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Zahid Sadıqov vurulub. DİN-dən verilən məlumata görə, vurulmuş şəxs xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Mercedes" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Emin Qurbanov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31