Zorla qadının çantasını alan şəxs saxlandı
23 İyun 2016 16:19 Kriminalİyunun 22-də Mingəçevir şəhərində naməlum şəxs, şəhər sakini Arzu Rəhimovaya zor tətbiq edib içərisində 160 manat pul olan çantasını almışdır. DİN-dən verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Nail Yusifov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31