“Narkotik maddələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü”nü qeyd ediləcək
22 İyun 2016 16:56 Kriminal"26 iyun - Narkotik maddələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü"nün qeyd edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu iləbirgə "Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu" mövzusunda konfrans və sərginin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına daxil olan təşkilatların səlahiyyətli nümayəndələri, Bakı şəhər rayon komissiyalarının sədrləri, millət vəkilləri və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.