Binəqədidə 2 kişi meyiti tapılıb
22 İyun 2016 16:23 KriminalBakının Binəqədi rayonunda iki meyit tapılıb. "Olaylar" xəbər verir ki, Rayonun Ə. Naxçıvani küçəsi, ev 24 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Azad Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Oxşar hadisə Binəqədi rayonunun 28 May qəsəbəsində də qeydə alınıb. Həmin qəsəbədə Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Ədalət Heybətovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. Hər iki faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31