Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şıxlar kənd sakini Ağamir Seyidzadəyə məxsus "Lada" markalı avtomobilə baxış keçirilib. DİNdən verilən məlumata görə, baxış zamanı avtomobildən "TOZ-8" markalı tüfəng və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31