Sankt-Peterburqda həmyerlisini öldürən Azərbaycan vətəndaşı həbs olunub
22 İyun 2016 15:54 KriminalSankt-Peterburqda meyvə-tərəvəz bazasında həmyerlisini öldürən Azərbaycan vətəndaşı həbs olunub.APA-nın Rusiya bürosunun məlumatına görə, Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Azərbaycan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı Emil Hüseynov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.
Qeyd edək ki, iyunun 20-də yerli vaxtla saat 13.30 radələrində əslən iki azərbaycanlı Emil Hüseynovla Maarif İsmayılov arasında münaqişə baş verib. E. Hüseynov M. İsmayılova odlu silahla atəş açıb və qaçmağa çalışıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Xəsarət almış M. İsmayılov hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31