Tərtər və Kürdəmir rayonlarında çətənə kolları aşkar edilib. DİN-dən verilən məlumata görə, Tərtər RPŞ əməkdaşları tərəfindən Seydimli kəndi ərazisindən ümumi çəkisi 640 kiloqram olan 1190 ədəd, Kürdəmir RPŞ əməkdaşları tərəfindən Şıxımlı kəndi ərazisindən 165 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Aşkar edilən çətənə kolları məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31