Suraxanıdan qaçırılan “Mersedes” Nizamidə tapıldı

İyunun 20-də Bakı şəhər sakini Rəhman Vəliyev Suraxanı RPİ 32-ci PB-yə ərizə ilə müraciət edib həmin gün Qaraçuxur qəsəbəsində yerləşən avtomobillərin təmiri sexlərindən birindən qapının qıfılını sındırmaq yolu ilə təmir etdiyi "Mercedes" markalı avtomobilin qaçırılmasını bildirib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nizami rayonu ərazisində əzilmiş vəziyyətdə tapılmış, hadisənin Tərtər rayon sakini Elman Vəliyev tərəfindən törədilməsi müəyyən edilib. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31