Şəmkir sakinindən 2,5 kq marixuana götürülüb

Şəmkir rayon sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Prallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Fərman Bayramovdan 2 kiloqram 453,75 qram marixuana götürülüb.Həmçinin Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lək kənd sakini, əvvəllər məhkum olunmuş Vahid Qədimovdan 0,6 qram heroin, yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı isə 1 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31