Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan istiqamətindən postun piyada xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşının üzərində yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı ona məxsus bel kəmərinin başlığına bərkidilmiş beşbarmaq aşkar olunaraq protokol əsasında götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31