Cənubda ”xaş-xaş” əməliyyatı keçirilib
20 İyun 2016 16:58 KriminalDİN-dən verilən məlumata görə, Lerik RPŞ əməkdaşları tərəfindən Orand kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 610 kiloqram olan 10435 ədəd xaş-xaş kolu aşkar edilərək məhv edilib. Paralel olaraq Yardımlı RPŞ, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən rayonun Primbel və Arvana kəndləri ərazilərində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 280 kiloqram olan 9270 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31