Həyətində çətənə becərən şəxslər aşkar edilib

Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalaşıxlı kəndində yaşayan Eltifat Hüseynovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 55 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Həmçinin Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Nurullah Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31