Qadınların evinə soxulan kişi yaxalandı
20 İyun 2016 15:15 Kriminalİsmayıllı rayonunda oğurluqla məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də rayon sakinləri Fərqanə İsmayılovaya və Məlahət Həsənovaya məxsus evlərdən 100 manat pul, sənəd, qızıl və məişət əşyaları oğurlamış həmyerliləri əvvəllər məhkum olunmuş Süleyman Süleymanov tutulub. Cinayət əməlində şübhəli bilinən digər şəxs isə müəyyən edilib. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31