18 yaşlı qızın meyiti tapıldı

İyunun 19-da axşam saatlarında Tovuzun Aşağı Quşçu kəndi yaxınlığında üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapılıb.

APA-nın verdiyi xəbərə görə, Tovuz Rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Aşağı Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub

Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Tovuz Rayon Prokuroluğöunda cinayət işi açılıb, araşdırma gedir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31