Rəşad Məmmədovun həyat yoldaşı məhkəmədə ifadə verməkdən imtina etdi
17 İyun 2016 18:33 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə R.Məmmədovun həyat yoldaşı Səbinə Məmmədovanın məhkəməyə göndərdiyi teleqram elan olunub. Teleqramda qeyd edib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğu üçün ifadə verməkdən imtina edir.
Prosesdə şahid qismində ifadə verən Xuraman Qasımova ifadəsində təqsirləndirilənlərdən Rəşad Məmmədovun bacısının kürəkəni olduğunu bildirib və 2011-2013-cü illərdə Dövlət Bayraq Meydanında maliyyə və kadrlar şöbəsinin müduri olduğunu deyib: " İttihamda qeyd edilib ki, 54100 manat heçnədən əməkhaqqı veriblər. Düz deyil, ümumilikdə 30 il başqa başqa yerlərdə baş mühasib vəzifəsində çalışmışam".
Zərərçəkənin hüquqi nümayəndəsi bildirib ki, Xuraman Qasımova həmin vəzifədə çalışıb və vəzifəsini icra edib.
Rəşad Məmmədovun sürücüsü olmuş Maksim İslamov ifadəsində bildirib ki, həm sürücü həmdə mexanik kimi fəaliyyət göstərirdim: "Rəşad Məmmədov və aparat işçilərini gəzdirirdim".
Prosesdə şahid qismində Rəşad Məmmədovun qaynı Azər Əsgərov ifadəsində kompleksdə olan bütün tikinti işlərinə rəhbərlik etdiyini təstiqləyib.
Rəşad Məmmədov bildirib ki, Azər Əsgərov biznesmen olub: "Onun şirkəti olub. 200-300 işçisi olub. Onun fəhləsi belə 700-800 manat maaş alıb. Ondan mən xahiş eləmişəm ki, gəlib mənə kömək eləsin. Onsuz işləri çatdıra bilməzdim".
Şahid qismində dindirilən Tofiq Ağayev də Rəşad Məmmədovun sürücüsü olduğunu və bundan başqa da mexanik kimi çalışdığını deyib.
Digər bir şahid Səbuhi Mustafayev Kompleksin Komunal Təmizlik Şöbəsində rəis vəzifəsində çalışdığını deyib. Onun ifadəsində ziddiyyətlər yarandığı üçün onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqa verdiyi ifadədən imtina eləyib.
Prosesdə Dövlət Bayraq Meydanı rəisinin köməkçisi Aydın İsmayılov ifadə verib.
Prosesdə ümumilikdə 19 şahid dindirilib.
Vəkillər Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığa buraxılmasını istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmə prosesi iyunun 20-də davam edəcək.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.