İrandan narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb
17 İyun 2016 16:59 KriminalAstara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanlıb. Dö3vlət Gömrük Komitəsindən verilən məlumata görə, qanunvericiliyin tələblərinə müvafiq olaraq onun üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı onun daxili orqanlarından xalis çəkisi 4.537 qram olan narkotik vasitə heroin və xalis çəkisi 1.160 qram olan psixotrop vasitə metafetamin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31